Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 0:2 hesabı ilə məğlub olub.
Bundan başqa, Cavad Ağayev bürünc medal uğrunda döyüşdə məğlub olub, Məryəm Məmmədova 1/4 finalda, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıblar.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün idmançılarımız 4 növdə çıxış edəcəklər.
Oxu.Az xəbər verir ki, təmsilçilərimizdən Toğrul Məmmədli duatlon yarışlarının final mərhələsində mübarizəyə başlayır.
Azərbaycanın qadın həndbolçulardan ibarət yığması İslamiadada ilk görüşünü Özbəkistana qarşı keçirəcək. B qrupunun matçı Bakı vaxtı ilə 15:00-da başlayacaq.
Elçin Eminov (60 kq) və Həmzə Rəsulzadə (70 kq) uşu yarışlarının 1/16 final, Xalidə Mirzəyeva (56 kq) isə 1/4 final mərhələsində rəqibləri ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycan taekvondoçuları Cavad Ağayev (74 kq), Bəhruz Quluzadə (54 kq) 1/16 final, Minayə Əkbərova (46 kq) isə 1/4 finalda yarışacaqlar.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də başa çatacaq.