Karyerasını doğma “Kolo-Kolo” futbol klubunda davam etdirəcək məşhur çilili futbolçu Arturo Vidalın yaddaqalan təqdimat mərasimi keçirilib.
35 min azarkeşin iştirak etdiyi təqdimatda futbolçu meydana helikopterlə gəlib.
Daha sonra A.Vidal başına simvolik tac qoyub və əlinə simvolik qılınc götürərək at belində meydanda dövrə vurub. Bununla futbolçu ona klubun azarkeşləri tərəfindən verilən “Kral” təxəllüsünü canlandırıb.
Məlumat üçün əlavə edək ki, A.Vidal 2005-2007-ci illərdə paytaxt Santyaqonun “Kolo-Kolo” futbol klubunun formasını geyinib.
Vidalın qeyri-adi təqdimatı baş tutdu: At belində “qılınc çaldı” - VİDEO
Mənbə: Editorji.com
Rəylər