Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə marka və “Vüqar Həşimovun təbəssümü” qısametrajlı sənədli film hazırlanıb.
Oxu.Az xəbər verir ki, həmin marka Shamkir Chess - 2014 turnirinin açılış mərasimində qonaqlara təqdim olunub.
Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə ilk turun açılışını mərhum şahmatçımız Vüqar Həşimovun bacısı qızı Nərmin Allahverdiyeva edib.
Nərmin Maqnus Karlsen-Şəhriyar Məmmədyarov partiyasında ağlarla ilk gedişi etməklə turnirdə mübarizəyə start verib.
Turnirdə əlavə olaraq “Vüqar Həşimovun təbəssümü” qısametrajlı sənədli filmi təqdim edilib.
Qeyd edək ki, Synergy Group-un sifarişi ilə hazırlanan filmin rejissoru Ülviyyə Könüldür.
Elvin Əhmədov
www.oxu.az