“Barselona”nın baş məşqçisi Xavi mövsümün əvvəlindən Kataloniya klubundan ayrılmağı düşündüyünü bildirib.
“Mən bu qərarı çoxdan vermişəm. İçimdə elə bir hiss var ki, nə edirsən et, qiymətləndirilmir. Bu hiss mövsümün əvvəlindən var. Söhbət təzyiqə tab gətirməkdən getmir. Ən çətin anlardan birindən keçdik. Düşünmürəm ki, bizim əməyimiz heç vaxt qiymətləndirilməyəcək”, - deyə məşqçi bəyan edib.
Qeyd edək ki, yanvarın 27-də İspaniya çempionatının 22-ci turu matçında “Barselona” doğma meydanda “Vilyarreal”a uduzub (3:5). Oyunun ardından Xavi mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.
Mənbə: gazeta.ru