Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Xorvatiya yığmasının keçmiş futbolçusu avtomobil qəzasında ölüb
Fransanın "Monako" komandasının və Xorvatiya yığmasının sabiq yarımmüdafiəçisi Nikola Pokrivaç 39 yaşında yol-nəqliyyat hadisəsində dünyasını dəyişib.
Bu barədə Oxu.Az Xorvatiya Futbol Assosiasiyasının (HNS) rəsmi saytına istinadla xəbər verir.
Bildirilir ki, N.Pokrivaç 2015-ci ildən bəri ağır xəstəliklə mübarizə aparırdı. O, bu səbəbdən peşəkar futboldan getməyə məcbur olub.
Müxtəlif mənbələr avtomobil qəzasının cümə günü Karlovatsda dörd minik avtomobilinin toqquşması nəticəsində baş verdiyini söyləyirlər.
N.Pokrivaç da daxil olmaqla iki nəfər ölüb, daha üç nəfər xəstəxanaya yerləşdirilib.
Ən çox oxunanlar