Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Yarım ildir futboldan uzaq qalan futbolçu ilin rəmzi komandasına daxil edilib
Tanınmış "Sofascore" statistik portalı 2024-cü il üzrə İspaniya çempionatının simvolik komandasını dərc edib.
Oxu.Az xəbər verir ki, 11 futbolçudan ibarət heyətə iyulda "Sevilya"dan ayrılan və yarım ildir azad agent olan 38 yaşlı müdafiəçi Serxio Ramos da daxil edilib.
Rəmzi heyətdə "Real Madrid"in futbolçuları üstünlük təşkil ediblər.
"Sofascore"a görə La Liqanın simvolik komandası:
Qapıçı: Serxio Herrera (Osasuna);
Müdafiəçilər: Migel Qutyerres, Deyli Blind (hər ikisi "Jirona"), Serxio Ramos ("Sevilya"), Lukas Vaskes ("Real");
Yarımmüdafiəçilər və cinah oyunçuları: Federiko Valverde, Cud Bellinqem, Vinisius Junior (hamısı "Real Madrid"), Rafinya, Lamin Yamal (hər ikisi "Barselona");
Hücumçu: Antuan Qrizmann ("Atletiko Madrid").
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
- İspaniya La Liqası: "Real Madrid" lider "Barselona" ilə xalları bərabərləşdirdi
- İspaniya La Liqası: "Atletiko Madrid" liderlik şansını əldən verdi
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- Avropanın yaşıl meydanlarında keçiriləcək futbol oyunlarının AFİŞASI
- İspaniya La Liqası: "Barselona" darmadağınla liderliyi ələ keçirdi