“Üç idmançımız Olimpiadaya lisenziya qazandı. Bunlardan İrina Zaretskaya və Rafael Ağayev daha əvvəl reytinqlə Olimpiadaya lisenziya qazanmışdı. Daha sonra Firdovsi Fərzəliyev Parisdəki lisenziya turnirində buna nail oldu”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
“200-dən artıq ölkə içərisində Olimpiadada qızıl medal qazanmaq çətin olacaq. Amma Azərbaycan kimi kiçik ölkənin kumitedə üç, Rusiyanın bir, Fransa və ABŞ-ın cəmi iki idmançısının lisenziya qazanması da vurğulanmalıdır”, - deyə Bəşirov bildirib.
Səbuhi Musayev