Məşhur döyüş ustalarından biri - əfsanəvi İp Manın tələbəsi, "Yaşayan Əfsanə" tituluna sahib Böyük Usta Samuel Kvoku yenidən Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Vinq Çun Federasiyasının və Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov məlumat verib.
O, Samuel Kvokunun paytaxtda təxminən 5-6 ölkənin iştirakı ilə təşkil olunacaq beynəlxalq seminara qatılacağını bildirib. Seminarın may-iyun aylarında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, keçən ilin iyun ayında da Bakıya səfər etmişdi.