Azərbaycanın 7 gimnastı Qazaxıstanın Almatı şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, Hüseyn Əsədullayev, Aleksey Karataşov, Xətai Hümbətov, Əliəkbər Hadi, Sənan Rzazadə, Nazim Nağı və Uğur Cəfərli yarışda qüvvələrini sınayacaqlar.
Onlar bu gün startı veriləcək turnirdə tamblinq növündə mübarizə aparacaqlar.
Qeyd edək ki, martın 22-dək davam edəcək yarışa beynəlxalq dərəcəli hakim Rahib Əliyev və məşqçi Yasir Tanrıverdiyev də idmançılarla birlikdə yola düşəcəklər.