Alman mütəxəssisi Yurqen Klopp İngiltərənin “Liverpul” futbol klubunun yeni baş məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat klubun rəsmi saytında yerləşdirilib.
Klopp “Liverpul”la üç illik müqavilə imzalayıb.
Dortmundun “Borussiya” klubunun sabiq baş məşqçisi bu vəzifədə irlandiyalı Brendan Rocersi əvəz edib.
Qeyd edək ki, “Liverpul” son 9 oyunda 1 qələbə qazanıb və İngiltərə Premyer Liqasında 10-cu yerdə qərarlaşıb.