İtaliya A Seriyasının 34-cü turun oyunlarında səfərdə “Sampdoriya”nın qonağı olan “Yuventus” rəqibinə 1:0 hesabı ilə qalib gələrək sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirdi.
Oxu.Az xəbər verir ki, ardıcıl 4-cü dəfə çempion olan “qoca sinyora” turnir cədvəlindəki ən yaxın izləyicisi “Latsionu” 14 xal qabaqlayıb.
Ümumilikdə isə 31-ci dəfə ən yaxşı olmanın sevincini yaşayan Turin klubu bu göstəricidə digər rəqiblərindən böyük fərqlə irəlidədir.
Çempionluq sayına görə “Yuventus”un ən yaxın izləyiciləri “Milan” və “İnter”dir ki, eyni şəhəri təmsil edən hər iki klub cəmi 18 dəfə mövsümün ən yaxşısı ola biliblər.