İtaliyanın “Yuventus” klubu Pol Poqbanın komandaya keçidini rəsmi olaraq bəyan edib.
Bu barədə klubun rəsmi sosial hesabından məlumat paylaşılıb.
“Yuventus” dünya ulduzunu ikinci dəfə pulsuz əldə elədi - VİDEO
Fransalı yarımmüdafiəçi Turin klubuna azad agent statusu ilə gəlib.
Müqavilənin detalları açıqlanmır.
Qeyd edək ki, Poqba “Qoca sinyora”da 2012-2016-cı illərdə top qovub, sonradan isə 105 milyon avro qarşılığında “Mançester Yunayted” klubuna qayıdıb. Premyer-Liqa klubuna fransız 2009-cu ildə gəlmiş, üç il sonra, 2012-ci ildə isə azad agent statusunda Turin klubuna keçmişdi.
Beləliklə, “Yuventus” Poqbanı ikinci dəfə, özü də “Mançester Yunayted”dən sonra “pulsuz” əldə edib.
Rəylər