Futbol üzrə İtaliya A Seriyasının 28-ci turunun növbəti oyunu keçirilib.
Son çempion “Yuventus” öz meydanında “Benevento” komandasını qəbul edib. Görüş gözlənilmədən qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Oyunda yeganə qolun müəllifi Moskva ÇSKA-sından icarəyə götürülmüş argentinalı hücumçu Adolfo Qayç olub (69-cu dəqiqə). Bu qələbə sayəsində xal ehtiyatını 29-a çatdıran “Benevento” turnir cədvəlində 16-cı yerə yüksəlib. “Yuventus” isə 55 xalla üçüncü yerdə qərarlaşıb.