Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Yuventus” qələbəni son anda qazandı - VİDEO
“Yuventus” və “Frosinone” futbol üzrə İtaliya çempionatının 26-cı turunda qarşılaşıb.
Oyun Turin şəhərindəki “Allianz Stadium”da baş tutub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
3-cü dəqiqədə Duşan Vlahoviç hesabı açaraq “Yuve”ni önə çıxarıb. 11 dəqiqə sonra Xedira tarazlığı bərpa edib.
27-ci dəqiqədə Brescianini qonaqları önə keçirib. Lakin beş dəqiqə sonra Vlahoviç hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə isə turinlilər Ruqaninin qolu sayəsində qələbə qazanıblar.
Beləliklə, “Yuventus” 55 xal toplayıb. Turin klubu A Seriyasında keçirdiyi 26 oyundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Frosinone” isə 24 xalla 14-cü yerdədir.
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu