"Yuventus" İtaliya çempionatının IX turunda səfərdə "Cenoa"ya 2:0 hesabı ilə məğlub olub.
Oxu.Az xəbər verir ki, görüşdə hesab 12-ci dəqiqədə açılıb. Tommazo Baldantsinin ötürməsindən sonra Kinqsli Ehizibue fərqlənib.
28-ci dəqiqədə isə Baldantsi özü qol vuraraq "Cenoa"nın üstünlüyünü iki topa çatdırıb.
Bu nəticədən sonra 14 xalı olan "Yuventus" A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Xallarının sayını 10-a çatdıran "Cenoa" isə 13-cü sıraya yüksəlib.
Qaynar xətt:
(055) 224 12 12