Karate üzrə Olimpiya mükafatçısı, ikiqat dünya və ikiqat Avropa çempionu İrina Zaretskaya Ukraynaya humanitar yardım göndərilməsi üçün Azərbaycanın bir sıra idman qurumlarına videomüraciət ünvanlayıb.
Oxu.Az-ın xəbərinə görə, hazırda Bakıda olan 25 yaşlı Ukrayna əsilli idmançı “Instagram” hesabında paylaşdığı videoda Milli Olimpiya Komitəsini, Güləş Federasiyasını, Milli Karate Federasiyasını, Cüdo Federasiyasını və yunan-Roma güləşi üzrə olimpiya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurovu işarələyib, onlardan bu məlumatı yaymağı və kömək etməyi xahiş edib.
O, müraciətini tək öz adından yox, Azərbaycanı təmsil edən digər ukraynalı olimpiya mükafatçıları – güləşçi Mariya Stadnik və cüdoçu İrina Kindzerskaya adından yayıb.
Səbuhi Musa