"Zirə" klubu braziliyalı futbolçu Enrike Kustodionu heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Tərəflər arasında "1+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin "Kuritiba", "Nautiko", "Parana", Portuqaliyanın "Portimonense", "Farense", B-SAD, "Leyşonyş" klublarında çıxış edib.