29 
May
2021
10:36
18
143
9616
Virtual karabakh

Karib dənizində qorxu filmlərini xatırladan tapıntı - FOTO

29 May, 2021
10:36
9616

Karib dənizində qorxu filmlərini xatırladan tapıntı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karib dənizində Trinidad və Tobaqo ölkələrinin sahillərinə göyərtəsində 14 çürümüş cəsəd olan qayıq tapılıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə yerli polis öz Facebook səhifəsində məlumat verib.

Qayıq Belle Garden qəsəbəsi yaxınlığında balıqçılar tərəfindən aşkar edilib.

Məlumata görə, bütün meyitlər kişilərə aiddir.

Meyitlər parçalanma mərhələsində olub, bəzilərinin isə təkcə sümükləri qalıb.

Ölüm səbəbinin müəyyənləşməsi üçün qalıqlar ekspertizaya göndərilib.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri