22 
Apr
2015
20:50
150
88
19730
Virtual karabakh

Dünyanın ən gözəl qadını seçildi - FOTO

22 Apr, 2015
20:50
19730

Dünyanın ən gözəl qadını seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əsl gözəllik sakit olandır”.

People jurnalının versiyasına görə, dünya şöhrətli Hollivud aktrisası, “Oskar” laureatı Sandra Bullok 2015-ci il üzrə dünyanın ən gözəl qadını seçilib. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, jurnal aktrisanın öz xarici görünüşünü o qədər də önəmsəmədiyini yazır. Bullok “People”ın seçimini eşitdiyi zaman ürəkdən güldüyünü bildirib. 

“Əsl gözəllik sakit olandır. Ən gözəl saydığım insanlar belə görünməyə can atmayanlardır”-deyə Sandra qeyd edib. 

Jurnalın versiyasına görə, Bullokun gözəlləşməyinə əsas səbəblərdən biri 5 yaşlı oğlu Luisdir. Aktrisa özü də oğlunun onu xoşbəxt etdiyini açıqlayıb:

“Bir dəfə oğlumu yatıranda məndən niyə bu qədər qırışımın olduğunu soruşdu. Mən də buna səbəb kimi qocalığı deyil, çox gülməyimi göstərdim. Luis cavabı ilə məni təəccübləndirdi: “Ana, sən qoca deyilsən, sadəcə çox xoşbəxtsən””.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri