Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Günəşdəki partlayışın kometanın quyruğunu parçaladığı an qeydə alındı - FOTO/VİDEO
Günəşdəki partlayış “Nişimura” kometasının quyruğunu parçalayıb. Həmin anlar astrofotoqraflar tərəfindən lentə alınıb.
Kadrlarda kametanın uzanan quyruğunun dağılması görünür.
NASA-nın keçmiş astronomu Toni Filips bunun Günəşdə Tac kütlə atılması (və ya sürətli Günəş küləyinin) kometaya vurması nəticəsində yarandığını bildirib.
Həmin vaxtdan “Nişimura”nın quyruğu uzanıb, lakin tədqiqatçılar bunun uzun müddət davam etməyəcəyini bildiriblər, çünki daha çox Tac kütləsi yoldadır.
Məlumata görə, quyruqlu ulduz sentyabrın 12-də Yerin yaxınlığından keçəcək, sentyabrın 17-də isə Günəş ətrafında fırlanaraq dərin kosmosa qayıdacaq.
C/2023 P1 (“Nishimura”) kometası ilk dəfə keçən ay Yaponiyada həvəskar astronom Hideo Nişimura tərəfindən rəqəmsal kameradan istifadə edilərək aşkar olunub.
Mənbə: TRT Haber
"Yaponiya" teqi üzrə xəbərlər
- Dünyanın ən yaşlı qadın bərbəri 108 yaşındadır
- "Toyota" üçün avtomobil hissələri istehsal edilən zavodda güclü partlayış
- Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər
- Rusiya Yaponiya XİN başçısına qadağa qoydu
- Yaponiya Tramp-Zelenski mübahisəsində kimin tərəfini tutacaq?