Metronun “20 Yanvar” stansiyasında giriş qapısı ilə üzbəüz ticarət köşkləri ləğv olunub.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, metronun giriş qapısı ilə üzbəüz ərazi istisna olmaqla keçidin digər hissələrində ticarət davam edir.
Axar.az-ın müxbiri metro alverçilərindən öyrənib ki, Metropoliten tənqidlərə son qoymaq üçün bu addımı atıb.
Metropoliten “20 Yanvar” stansiyasındakı keçidi metronun ərazisi hesab etmir. Odur ki, ticarətə icazə verilir.
Yalnız giriş qapısı ilə üzbəüz hissədə alver qadağan olunub. Bununla da metro keçidlərində ticarətin tamamilə ləğv edildiyini əsaslandırırlar.
Halbuki, ticarət məsələsində faktiki “20 Yanvar” stansiyası ikiyə bölünüb.