Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
2025-ci ildə "Bitcoin"in məzənnəsi necə olacaq?
2025-ci ilin birinci yarısında "Bitcoin" məzənnəsinin 100 min dollardan yuxarı səviyyədə möhkəmlənəcəyi ehtimal olunur.
Oxu.Az-ın məlumatına görə, bu proqnozu Gazeta.ru-ya "Bitget Research"ün aparıcı analitiki Rayan Li verib.
"Bitcoin" 100 min dollar səviyyəsini keçəcək və əvvəlcə 110 min dollar, sonra isə 120 min dollar səviyyəsində müqavimət səviyyəsini sındırmağa çalışacaq. Optimist ssenari 2025-ci ilin birinci rübündə "Bitcoin"in 120 min dollara çatacağını nəzərdə tutur. Mülayim ssenari "Bitcoin"in 110 min dollara qədər artacağını nəzərdə tutur. Pessimist ssenariyə görə, "Bitcoin" 90 min dollaradək düşə bilər", - deyə ekspert qeyd edib.
Li yanvarda, xüsusilə də ABŞ Federal Ehtiyat Sistemi dekabrda keçiriləcək iclasında əsas dərəcənin daha da azaldılması barədə qərar qəbul edərsə, "Bitcoin" məzənnəsinin artmağa davam edəcəyini gözləyir. Bundan əlavə, 2025-ci il yanvarın 20-də keçiriləcəyi planlaşdırılan ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi "Bitcoin"ə "müsbət" təsir göstərə bilər. Ekspert izah edib ki, Tramp seçki kampaniyası zamanı kriptosənaye ilə bağlı dəstək bəyanatları verib və investorlar bu vədlərin yerinə yetirilməsinə ümid edirlər. Beləliklə, kriptovalyutanın dəyərinin yanvarın ikinci həftəsindən artması gözlənilir.
Linin sözlərinə görə, kriptovalyutalarla yeni işləməyə başlayan investorlar üçün optimal strategiya bərabər vaxt intervalları ilə bərabər məbləğdə aktivlərin müntəzəm alınmasıdır ki, bu da bazar tərəddüdlərini hamarlamağa və aktivə giriş qiymətini ortalamağa imkan verir.
Qeyd edək ki, dekabrın 5-də "Bitcoin"in məzənnəsi 103 322 dollar olub, dekabrın 10-da isə 97 min dollara düşüb.
"Bitcoin" teqi üzrə xəbərlər
- Tramp "PayPal"ın keçmiş rəhbərini "Ağ Evin süni intellekt və kriptovalyutalar kralı" təyin etdi
- "Binance" rəhbəri "Bitcoin"in qiymətinin artmasını şərh etdi
- "Bitcoin"in qiyməti 100 000 dollar həddini keçdi
- Salvador prezidenti "bitcoin" istehsalı üçün vulkanları icarəyə verə bilər
- "Bitcoin"in qiyməti tarixi maksimumunu yenilədi