Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 26 şəhərin Baş Planının layihəsini hazırlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib.
A.Ələsgərov əlavə edib ki, artıq layihələr Nazirlər Kabinetinə təqdim olunub:
“Söhbət Sumqayıt, Xırdalan və digər iri şəhərlərdən gedir. Hazırda hökumət sənədlərin üzərində iş aparır”.