Amerikalı tədqiqatçıların proqnozlarına görə, 2050-ci ilə Yerin əhalisi 9,6 milyard nəfərə çatacaq ki, bu da hazırkı saydan 2,6 milyard nəfər çoxdur.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, amerikalı tədqiqatçılar artıq 2050-ci ilə Yerdə əhali çoxluğu və ərzağın azlığından irəli gələn aclığın yaranacağına əmindirlər.
2050-ci ilə Yerdə təxminən 9,6 mlrd. insan yaşayacaq ki, bu da indikindən 2,6 milyard nəfər çoxdur. İnsanların sayının çox olması nəticəsində qida rasionunda ətin payı azalacaq.
Alimlər hesab edirlər ki, ərzaq çatışmazlığı probleminin həlli yollarından biri dənli bitkilərin əkin sahələrinin artırılmasıdır. Tədqiqatçılar əmindirlər ki, məhsuldarlıq 2 dəfə artarsa, planet yaşayacaq. Lakin çətin ki, bu, 2050-ci ildə baş versin.
Güman olunur ki, ilk olaraq ərzaq böhranını ən sıx məskunlaşmış ölkələr – Çin və Hindistanın əhalisi hiss edəcək.