“Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) Azərbaycan bankları vasitəsilə ianələrə komissiya tutulmur”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən banklar bununla bağlı birgə qərara gəlib.
Qərara əsasən, həm AFAD-ın hesabına birbaşa kartla ödəmələrdə, həm də banklar vasitəsilə digər köçürmələrdə əlavə dəyər vergisi və komissiya tutulmur.
ABA: “Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı komissiya haqqını ləğv edib” - FOTO