“Hava şəraitinin dəyişkən keçməsi turizm imkanlarına çətinlik yaradır”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
Onun sözlərinə görə, yay mövsümü başlayandan hava şəraitinin qeyri-sabit keçməsi obyekt sahiblərinə ciddi ziyan vurur:
“Nəzərə almaq lazımdır ki, çimərlik mövsümü iyunun 15-dən sentyabra kimi davam edir. Bu il də yağışlı, küləkli günlərin sayının çox olması səbəbindən vətəndaşlar istirahətlərini planlaya bilmirlər”.
O qeyd edib ki, sel və daşqınların olması nəticəsində turizmə dəyən ziyan hələ hesablanmayıb.
İlhamə Əbülfət