Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Alimlər üçün müjdə: Güzəştlər ediləcək
Azərbaycanda alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra güzəştlər tətbiq ediləcək.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı bildirib ki, bu güzəştlər hazırda komitədə müzakirə olunan "Elm haqqında" qanun layihəsində nəzərdə tutulur.
M.Qasımlı bildirib ki, qanun layihəsində alimlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, elmin idarə olunmasının təkmilləşdirilməsi, o cümlədən alimlərin mənzil növbələrinə götürülməsi, mənzilləri olmayanlara yerli icra orqanlarının qərarı ilə torpaq sahələrinin verilməsi, güzəştli kreditlərin verilməsi və s kimi məsələlər əskini tapıb.
Millət vəkili əlavə edib ki, Elm və təhsil komitəsində müzakirə edilməklə yanaşı, qanun layihəsi elmi müəssisələrdə və ali təhsil ocaqlarına geniş şəkildə müzakirə olunmalıdır.
M.Qasımlı hesab edir ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisdə qəbul edilərsə, Azərbaycan elminin inkişafında yeni bir mərhələ açılar, elmə yeni bir rəqabət gələr, Azərbaycan elmi dünyaya daha yaxşı çıxa bilər.
Komitə üzvü ümid etdiyini bildirib ki, geniş müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin payız sessiyasına təqdim ediləcək (Trend).
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis Avropa Parlamentinə ETİRAZ MƏKTUBU ünvanladı
- Deputat: "Beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin strateji, etibarlı dövlət kimi nüfuzunu artırıb"
- Əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışı pulsuz olsun - TƏKLİF
- Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul etdi
- Zahid Oruc: "Tikinti şirkətləri vətəndaşları ömürlük kirayənişinə çeviriblər"