Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Altı ayda azad edilmiş rayonlarda tikinti işlərinə nə qədər vəsait xərclənib?
2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.
Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.
Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.
Azad edilmiş rayonlar | 2023-cü ilin I yarısı Min manat | 2024-cü ilin I yarısı Min manat | |
Kəlbəcər | 344 611,7 | 438 462,2 | |
Ağdam | 134 678,8 | 308 519,5 | |
Laçın | 328 972,3 | 242 400,4 | |
Şuşa | 154 999,2 | 240 303,7 | |
Füzuli | 314 737,7 | 226 459,3 | |
Zəngilan | 155 769,7 | 202 507,7 | |
Qubadlı | 67 651,6 | 173 711,6 | |
Cəbrayıl | 138 505,2 | 165 735,3 | |
Xocavənd | 34 603,7 | 26 590,8 | |
Xocalı | 38,1 | 24 737,9 | |
Xankəndi | 6 930 |