Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə-bank sektorunun vəziyyəti müzakirə edilib.
Bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumda IMF-nin Azərbaycan, Orta Şərq və Mərkəzi Asiya üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi, Fondun Maddələr Sazişinin 4-cü maddəsi üzrə məsləhətləşmələr missiyası ilə görüş keçirilib. Görüşdə ölkədə makroiqtisadi vəziyyət, pul siyasəti, inflyasiya gözləntiləri, maliyyə-bank sektorunun vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin tərəflər arasında əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib.