Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AMB-nin baş direktoru: “Rəqəmsal manatın tətbiqinə tələsmirik”
“Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə rəqəmsal manatın tətbiqinə tələsmir”.
Bunu “Report”a açıqlamasında AMB-nin Baş direktoru Fərid Osmanov bildirib.
“Beynəlxalq trendləri nəzərə alaraq, davamlı olaraq rəqəmsal valyuta ilə bağlı təhlillər aparırıq, amma onun tətbiqinə tələsmirik”, - deyə baş direktor qeyd edib.
Onun sözlərinə görə, təhlillər tam başa çatdıqdan sonra rəqəmsal manat barədə qərar verilə bilər:
“Çünki təhlil zamanı bir sıra istiqamətlər nəzərdən keçirilməlidir. Bunun həm monetar siyasətə, həm iqtisadiyyata təsiri, kibertəhlükəsizlik məsələləri qiymətləndirilməlidir. Bu işi AMB-nin komandası həm ayrıca, həm də beynəlxalq tərəfdaşlarla birgə həyata keçirir. Təhlillər tam yekunlaşandan sonra rəqəmsal manatın tətbiqi imkanları dəyərləndiriləcək. Yəni, hələ ki, AMB bu məsələdə qərarlı deyil”.