Gəncə avtomobil zavodu və kənd təsərrüfatı texnikası üzrə aparıcı dünya istehsalçılarından olan AGCO Amerika şirkəti Azərbaycanda dörd brendin müştərək traktor istehsalı barədə danışıqlar aparır.
Oxu.Az Biznesinfo-ya istinadən xəbər verir ki, bu barədə zavodun direktor müavini Konstantin Barabanov bəyan edib.
Onun sözlərinə görə, söhbət “Challenger”, “Fendt”, “Massey Ferguson” və “Valtra” traktorlarının istehsalından gedir.
Gəncə zavodu Azərbaycanda il boyu min yük maşını və iki min traktor istehsal edə bilər. Gəncə avtozavodunda hal-hazırda “Belarus” traktorları və MAZ avtomobilləri yığılır.
Traktor və avtomobillərdən başqa Gəncə zavodunda “Belarus” traktorları üçün müxtəlif avadanlıqlar istehsal edilir. Gəncə avtomobil zavodunda istehsal edilən texnikaya bir illik zəmanət verilir, eləcə də ölkənin bütün regionlarında onun keyfiyyətli servisi təmin edilib. (Trend)