Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aqrar bölmədə ümumi məhsul azalıb - STATİSTİKA
Aqrar bölmədə avqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 95,2 faizi, yaxud 952,2 min hektarı biçilib və həmin sahələrdən 2176,3 min ton məhsul götürülüb.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, orta hesabla hər hektardan əldə edilmiş məhsul keçən ilə nisbətən 3,8 sentner azalaraq 22,9 sentnerə düşüb.
“Bundan əlavə, məhsulu toplanmış 3,7 min hektar qarğıdalı sahəsindən 13,7 min ton məhsul götürülüb.
Yığım başlanandan sahələrdən 466,1 min ton kartof, 717,8 min ton tərəvəz, 325,1 min ton bostan məhsulları, 176,6 min ton meyvə və giləmeyvə, 3,2 min ton üzüm, 316,7 ton yaşıl çay yarpağı, 3,6 min ton dən üçün günəbaxan və 1,2 min ton tütün toplanıb.
Bu dövrdə 252,4 min ton, yaxud 2013-cü ilin yanvar-iyul aylarına nisbətən 1,7 faiz çox diri çəkidə ət, 1103,6 min ton (3,5 faiz çox) süd, 889,1 milyon ədəd (11,3 faiz cox) yumurta, 15,4 min ton (1.6 faiz çox) yun istehsal olunub.
Beləliklə, keçən illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4,2 faiz azalıb.
Gülnarə Zeynalova
www.oxu.az