Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı, topdan və pərakəndə satış qiymətləri barədə elektron qaydada mütəmadi məlumat əldə etmək mümkün olacaq.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bu, prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Kənd təsərrüfatı ili” elan edilməsilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirlər Planında qeyd olunur ki, Kənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin III rübündə kənd təsərrüfatı məhsullarının istehsalçı, topdan və pərakəndə satış qiymətləri üzrə mütəmadi monitorinq məlumatları əsasında bazar iştirakçıları və ictimaiyyət üçün açıq elektron informasiya sisteminin qurulmasını təmin etməlidir.