Aprelin 27-28-də Çinin paytaxtı Pekində Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) təsisçilərinin 4-cü iclası keçirilib.
Bu barədə Oxu.Az-a Maliyyə Nazirliyindən məlumat verilib.
Müzakirələrdə bankın 57 təsisçi üzvü olan ölkələrdən 55-i, o cümlədən Azərbaycan Respublikasından Maliyyə Nazirliyinin nümayəndələri iştirak edib.
Təsisçi ölkələrin 4-cü iclasda AİİB-nın nizamnamə layihəsi üzrə aparılan danışıqlarda geniş konsesus əldə olunub.
Nazirlik bildirir ki, müzakirələr zamanı bankın nizamnamə layihəsi üzərində işlərin 2015-ci il iyun ayı ərzində tamamlanaraq təsisçi ölkələr tərəfindən imzalanması və cari ilin sonunadək Asiya İnfrastruktur İnkişaf Bankının fəaliyyətinin təmin olunması qərara alınıb.
Ülviyyə R. Əli
www.oxu.az