Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda dəmiryolu sisteminin yenidən qurulması üçün 200 mln. ABŞ dolları həcmində kredit ayırmağa hazırdır.
Oxu.Az Report-a istinadən xəbər verir ki, kredit “Dəmiryolu sektorunu İnkişaf Proqramı”nın icrası üçün ayrıla bilər.
Layihə ilə bağlı faktaraşdırıcı missiyanın bu il avqustun 1-11-i tarixlərində Azərbaycana gələcəyi gözlənilir. Sentyabrın 13-də isə Bankın menecmentinin qiymətləndirmə yığıncağının keçirilməsi planlaşdırılır.
U.A.
www.oxu.az