Avronun Fransada prezident seçkisində Emmanuel Makronun qələbəsindən sonra bahalaşması qısa ömürlü olub.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, “NatWest Markets”ə görə, Makronun seçkidə qələbəsi onsuz da məzənnədə əks olunmuşdu (avro/dollar 1,10-a qalxmışdı).
İndi nəzərlər cümə günü Avropa Mərkəzi Bankının (AMB) iclasına və ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra FED-in faiz artırmasına dair gözləntilərə çevrilib.
Avro/dollar Makronun qələbəsindən sonra 0,2% bahalaşaraq ən yüksək səviyyəyə 1,1023-ə çatıb. Daha sonra 0,3% düşərək 1,0965 səviyyəsinə enib.
Avro/yen 124,59 ilə bir ilin ən yüksək səviyyəsinə yüksəlməsindən sonra 0,1% düşərək 123,77-ə enib.
Qeyd edək ki, Makron Marin Le Penin seçki nəticələrini qəbul etməsindən yarım saat sonra etdiyi çıxışında ölkədəki parçalanmanı aradan qaldırmağa çalışacağını bildirib (birlik mesajı verib). Makron səslərin 65%-ni, ifrat sağçı Le Pen isə 35%-ni toplayıb.
Xatırladaq ki, Fransada prezident seçkiləri Azərbaycanda da avronun qiymətinə təsir edib. Avro manat qarşısında 0,10% ucuzlaşıb.
U.A.
www.oxu.az