Jan-Klod Yunker və Martin Şuls – Avroparlamentin sədrliyinə əsas namizədlərdir – onlar Avroİttifaqın genişlənməsinə qarşı çıxış ediblər.
Oxu.Az haqqın.az-a istinadən xəbər verir ki, onlar bu barədə may ayının 8-də televiziya debatları zamanı bəyan ediblər.
“Yaxın 5 il müddətində nə Ukrayna, nə də hər hansı bir digər Avropa dövləti Avroİttifaqa daxil ola bilməzlər”, - Jan-Klod Yunker bəyan edib.
Debat zamanı konservator siyasətçi Jan-Klod Yunker və sosialistlərin namizədi, AvroParlamentin indiki rəhbəri Martin Şuls xarici siyasət sahəsində fikir eyniliyi nümayiş etdiriblər.
Məsələn, Ukraynada böhranın həlli məsələsində hər ikisi Rusiyaya sanksiyalar tətbiq edərək təsiri gücləndirmək, diplomatik səylərin artırılması strategiyasının tərəfdarıdırlar.