Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi tarixi maksimuma çatıb və artmaqda davam edir.
Bu barədə Gas Infrastructure Europe (GIE) məlumat verir.
Hazırkı anbar doluluğu 92,65% təşkil edir ki, bu da son beş ilin eyni tarixləri üzrə orta göstəricidən 12 faiz bəndi çoxdur. 92% həddini keçdikdən sonra rezervuarlara qaz vurulma sürəti azalıb. Avqustun 28-də qaz günü ərzində ehtiyatlar ancaq 0,12 faiz bəndi artıb.
Bu, aprelin sonundan etibarən bütün mövsüm üçün ehtiyatlarda gündəlik artımın minimum dəyəridir.
Mənbə: Lenta.ru