Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ
29 oktyabrda hərraca çıxarılacaq nəqliyyat vasitələrinin buraxılış illəri 1989-2007-ci illər intervalındadır.
Oxu.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, “Chevrolet”, “Nissan”, “VAZ” və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 1800 manat ilə 10 min manat arasındadır.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilər.
Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Aqşin Kərimov