“Azbentonit” MMC-nin “Fiber” keramika yapışdırıcıları ilə bağlı keçirdiyi inteqrasiyalı sosial media kampaniyası sona çatdı.
“Tap, Çək, Paylaş! 1000 manat irəli düş!” devizi ilə həm real, həm də virtual məkanda paralel olaraq aparılan, müsabiqə formatında keçirilən aksiya cəmiyyətdə böyük marağa və rezonansa səbəb oldu.
Kifayət qədər böyük mükafat fonduna malik olan, https://www.facebook.com/fiberincazibesi facebook səhifəsi və #fiberincazibesi həştəqinin köməyilə facebook və instagram üzərindən gerçəkləşdirilən bu SMM aksiyası internet reklamı, radioreklam və BTL aksiyasının da dəstəyilə tam inteqrasiyalı aksiyaya çevrilmişdi.
Bir ay davam edən müsabiqədə ən çox səs toplayan Mədinə Kamilli müsabiqənin əsas mükafatçısı adını aldı və 1000 manata sahib oldu. Müsabiqənin digər iki qalibi isə aksiyaya dair ən çox paylaşım etmiş Nazim Abdullayev və Arif Əliyev oldu. Onların hər biri iPad mini planşeti əldə etdi.
Qaliblərə mükafatlar “Azbentonit” MMC-nin ofisində təntənəli təqdimat mərasimi ilə verildi.
Öncə qalibləri şirkətin Direktoru Yasin Xəlilov qəbul etdi. Müsbət atmosferada və yüksək əhval-ruhiyyədə keçən bu görüş zamanı Y.Xəlilov qaliblərə aksiyada aktiv şəkildə iştirak etdiyi üçün təşəkkür etdi. Qaliblər də ədalətli müsabiqə təşkil etdiyi üçün şirkətə dərin minnətdarlıqlarını ifadə etdilər və belə müsabiqələrin daha da çox olmasını arzuladılar.
Daha sonra “Azbentonit” MMC-nin Marketinq Direktoru Rauf Kərimov qaliblərə təntənəli şəkildə öz hədiyyələrini təqdim etdi və onlarla xatirə şəkli çəkdirdi.