Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 731 mln. 886 min dollar təşkil edib.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründən 5% artıq olub.
Hesabat dövründə ixrac olunan neft məhsullarının miqdarı 982,503 min ton təşkil edib.
İlin yeddi ayında ixrac olunan neft məhsulları bu dövrdəki ümumi ixracın 5,28%-ni tutub.
Yeddi ayda Azərbaycanın ticarət dövriyyəsi 20,045 milyard dollar olub ki, bunun da 13,863 milyard dolları ixracın payına düşüb.