Azərbaycan A-400M Atlas hərbi nəqliyyat təyyarəsinin alınması imkanlarını nəzərdən keçirir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hərbi mənbələrdən məlumat verilib.
Azərbaycan tərəfi bu təyyarənin təqdimatında iştirak edib və imkanlarını bəyənib.
Hazırda mövcud potensialın qiymətləndirilməsi və satınalma imkanları dəyərləndirilir.
Airbus Military şirkəti tərəfindən istehsal edilən Atlas təyyarəsi 4 ədəd turboprop mühərrikə sahibdir.
Təyyarənin heyəti 3-4 nəfər (2 pilot), uzunluğu 43,8 metr, qanad açıqlığı 42,4 metr, maksimum qalxma ağırlığı 130 ton, sürəti 780 km/saat təşkil edir.