Bu gün kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Azərbaycan ilə Belarus arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Minsk şəhərinə səfər edib.
Bu barədə Oxu.Az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“İclasda iki ölkə arasında əməkdaşlığın bir çox sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində, o cümlədən aqrar yönümlü elmi-tədqiqat institutları arasında, baytarlıq və fitosanitariya sahələrində əməkdaşlıq, kənd təsərrüfatı və ərzaq məhsullarının Belarusa ixracı ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulur” - nazirliyin məlumatında deyilir.