2015-ci ilin 1-ci rübü ərzində Azərbaycanda 796,4 min ton dizel yanacağı istehsal olunub. Bu da 204-cü ilin müvafiq dövrünə nisbətən 25,9% çoxdur.
Oxu.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, aprelin 1-nə olan hazır dizel yanacağı ehtiyatı isə 85,3 min ton təşkil edir.
Bu ilin üç ayı ərzində avtomobil benzini istehsalı isə, 300,3 min ton təşkil edib, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 2,1 % azdır. Aprelin 1-nə olan hazır məhsul ehtiyatı isə 64,7 min tondur.
Ülviyyə R. Əli
www.oxu.az