Azərbaycan banklarının aktivləri 35 milyard manata yaxınlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları ilə bağlı hazırladığı hesabatda öz əksini tapıb.
Hesabata görə, ötən ilin anoloji dövrünə nisbətən aktivlərin həcmi 9 milyard 723,5 milyon manat və ya 38,61% artıb.
Xatırladaq ki, 2015-ci ilin dekabr ayında aktivlərin həcmi 6 milyard 360,1 milyon manat və ya 22,35% artaraq 2016-cı il yanvarın 1-nə 34 milyard 906 milyon manat təşkil edib.
Ekspertlər bu artımı 2015-ci ilin fevral və dekabr aylarında manatın iki dəfə ucuzlaşması ilə izah edir və bildirirlər ki, bankların aktivlərinin həcmi daha da arta bilər.

Ülviyyə R. Əli
www.oxu.az