Sentyabrın 16-da Lüksemburq şəhərində Avropa İnvestisiya Bankı ilə Azərbaycan Beynəlxalq Bankı arasında 50 milyon avro məbləğində kredit müqaviləsi imzalanıb.
Bu barədə Azərbaycan Beynəlxalq Bankından (ABB) Oxu.Az-a bildirilib.
“Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək xarakteri daşıyan vəsait bu sektorda prioritet əhəmiyyətə malik biznes layihələrinin maliyyələşdirilməsinə yönələcək.
Bu kredit müqaviləsi Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə və saitlərinə çıxış imkanlarını genişləndirəcək.Xüsusilə qeyri-neftsektoruna aid sənaye və xidmət sahələri bu imkandan geniş faydalana biləcəklər” - deyə, bankdan bildirilib.
Qeyd edək ki, Avropa İnvestisiya Bankının səhmdarları Avropa İttifaqına üzv ölkələrdir. Avropa İnvestisiya Bankı bütün dünyada ən böyük beynəlxalq ümumi kredit qurumu kimi tanınır.
Ülviyyə R. Əli
www.oxu.az