Türkiyənin Hesablama Palatası Azərbaycanın bu ölkənin qaz operatoru BOTAŞ-a 892 milyon TL-lik (322 milyon dollar) qaz borclu olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, bu haqda “Zaman” qəzeti Hesablama Palatasının BOTAŞ-da apardığı təftişin yekunlarına dair hesabatına istinadən yazır.
Hesabatda bildirilir ki, BOTAŞ Azərbaycan və İranla “al və ya ödə” prinsipi ilə bağladığı qaz müqavilələrinə görə ziyana düşür. Belə ki, BOTAŞ əvvəlcə İrandan müqavilədə göstərilmiş həcmdə qazı ala bilmədiyinə görə bu ölkəyə yüz milyonlarla dollar artıq ödəyib.
Daha sonra ödədiyi pulun əvəzində qazı almaq üçün İrandan qaz nəqlini artırıb. Əvəzində infrastruktur imkanlarının məhdud olmasına görə ən ucuz qaz olan Azərbaycan qazını ala bilməyib, “al və ya ödə” prinsipinə görə Azərbaycana yüz milyonlarla dollar ödəməli olub.

Ülviyyə R. Əli
www.oxu.az