İran qonşu Qafqaz ölkələrinə və Anatoliyaya verilən qazın sutkada 60 milyon kubmetrə qədər artırılması məqsədi ilə yeni qazkompressor stansiyasını istismara verib, Press TV İran KİV-nə istinadən bildirib.
Oxu.Az xəbər verir ki, məlumata əsasən, yeni mexanizm ölkəyə qonşu dövlətlərə, o cümlədən Türkiyəyə, Ermənistana, Azərbaycana və Naxçıvana verilən cari 24 milyon kubmetr qazın, sutkada 56 milyon kubmetrə qədər artırmağa imkan verir.
İranın qaz sahəsinin nümayəndəsi Yadullah Baibverdinin fikrincə, qazın şimal və qərb qonşularına nəqli Avropaya qaz nəqli üçün dayaq nöqtəsi olacaq.