2015-ci ilin yanvar ayında əhalinin gəlirləri 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 2,7 milyard manat təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 282,9 manat olub və 4,2 faiz artıb.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 2,4 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,9 faiz çox vəsait qalıb.