İlkin məlumata əsasən, Gürcüstanda həyata keçirilən birbaşa xarici investisiyaların həcmi (BXİ) 2015-ci ilin I rübündə 175 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin I rübü üçün olan göstəricidən 34% azdır.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, 2015-ci ilin I rübündə Gürcüstanda həyata keçirilən BXİ-yə müvafiq olaraq, ən iri investor – 59 milyon dollar ilə Azərbaycandır, bu isə keçən ilin müvafiq dövrü üçün olan göstəricidən 25,5% çoxdur.
Daha sonra 27 milyon dollar ilə Türkiyə, 23 milyon dollar ilə Rusiya gəlir.